Ru
14:42 / 21 Yanvar 2019

“Milli ön”nün inkasatorundan 122 minlik dələduzluq

3202
 


"Milli ön” ödəmə terminallarından oğurluğun üstü açılıb.


BakuPost-un DİN-ə istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə paytaxtın Xəzər, Səbail, Nizami, Yasamal, Suraxanı, Xətai, Abşeron rayonları, respublikanın Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış "Milli ön” ödəmə terminallarından 122 742 manat və 1200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin şirkətdə inkasator işləyən Bakı şəhər sakini İlqar Əlixanov saxlanılıb.


Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 42 145 manat və 9400 ABŞ dolları aşkar edilərək götürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər