Mingəçevirdə internat məktəbinin yataqxanasında yanğın - İnsanlar təxliyə olundu

344
Mingəçevirdə yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib.

BakuPost ”Report”a istinadən xəbər verir ki, internat məktəbi yataqxanasının ikinci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə ilə əlaqədar binadakı şəxslər ərazidən təxliyyə olunub. Yanğın çevik müdaxilə nəticəsində lokallaşdırılıb. Hadisə yerinə həkim briqadası cəlb olunsa da, tibb işçilərinin müdaxiləsinə ehtiyac qalmayıb.

Qeyd edək ki, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər