Ru
20:54 / 20 Noyabr 2018

Mingəçevirdə üç uşaq anası itkin düşüb

2464
Mingəçevirdə üç uşaq anası Eyvazova Gülay Teyyub qızı itkin düşüb.


BakuPost-un Oxu.Az-a istinadən məlumatına görə, Göyçay rayon, Müskürlü kənd sakini, 1990-cı il təvəllüdlü G.Eyvazova ötən gecə saatlarında yaşadığı Mingəçevir şəhər, H.Əliyev küçəsi 35, mənzil 52 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.


Bu barədə saytımıza onun həyat yoldaşı, Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü Eyvazov Sahil Ağalar oğlu məlumat verib. 


Onun sözlərinə görə, xanımın psixoloji problemləri olduğundan bundan əvvəl də bir neçə dəfə xəbərsiz evdən çıxıb gedib.


Ailənin üç övladı var.


Faktla bağlı Mingəçevir RPİ-nə müraciət edilib. Araşdırma başladılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər