Ru
23:16 / 17 Fevral 2019

Saakaşvili genetik testdən keçdi: "99 faiz gürcüyəm"

2075
"Müasir tarixdə
Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və
inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb”. BakuPost-un "Report”a
istinadən məlumatına görə, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili
özünün "Facebook” səhifəsində yazıb.   O, etnik azərbaycanlı
və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına
dayanıqlı dəstəyin olmasını belə izah edib: "Ötən seçkilər sübut etdi ki, etnik
azlıqlar bizi dəstəkləyir. Bu halda mənim genetik testimin əhəmiyyəti yoxdur. Mən
bir neçə dəfə təkrar etmişəm ki, ermənilərə nifrət edənlər üçün erməni, azərbaycanlılara
nifrət edənlər üçün isə azərbaycanlıyam. Yəhudilərə nifrət edənlərə qarşı yəhudi
olacağam və eyni zamanda, hamıdan daha çox gürcü olmaqda davam edəcəyəm”.   M.Saakaşvili qeyd
edib ki, hakimiyyətdə olduğu illərdə etnik azlıqlar üçün çox işlər görülüb:
"Buna görə də qədir bilən xalq, böyük təzyiqə baxmayaraq, bizə səs verib”.   Sabiq dövlət başçısı,
həmçinin, ABŞ-da genetik testdən keçdiyini də yazıb: "Test göstərdi ki, mən təxminən
99 faiz gürcü, 1 faiz isə yunanam. Məndə bir damcı olsun belə, qeyri-gürcü qanı
yoxdur. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən
etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid
edənlər qoy genetik testdən keçsinlər”.   Qeyd edək ki,
M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə bəzi ictimaiyyət nümayəndələri
və siyasətçilər onun erməni olması ilə bağlı iddialar səsləndiriblər.   Daha əvvəl Mixeil
Saakaşvili bildirib ki, Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi
faciədir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər