MTN generallarının məhkəməsi oldu - Azadlığa buraxılanlar var

968
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun Bakı Hərbi Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

BakuPost Trend-ə istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilənlərdən Anar Şirəliyevin cəza müddəti başa çatsa da, o azadlığa buraxılmayıb.

Təqsirləndirilən şəxs Anar Şirəliyev qeyd edib ki, cəzası başa çatsa da, barəsində bəraət hökmünün çıxarılmasını tələb edir.

Prosesdə məlum olub ki, təqsirləndirilən şəxs Eşqin Əliyevin cəza müddəti oktyabrın 17-də başa çatdığı üçün azadlığa buraxılıb.

Prosesdə MTN generalı Sübahir Qurbanovun vəkili Adil Ismayılov vəsatət vərərək apellyasiya şikayətinin qismən istintaq yolu ilə aparılmasını istəyib.

Teymur Quliyevin vəkili vəsatət verərək Rabitə Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməyə çağırılaraq dindirilməsini istəyib.

Vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmə baxışı oktyabrın 29-a təyin edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər