Müəllim Qarabağda şəhid olan şagirdinə abidə qoydu – FOTO

1419
Yardımlı rayonun Hamarkənd kənd orta məktəbində uzun müddət kimya-biologiya müəllimi işləmiş, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və rəngkarlıq üzrə beynəlxalq müsabiqələr laureatı olan Zahir Məlikli nümunəvi addım atıb.
 
BakuPost.az xəbər verir ki, o, vaxtilə dərs dediyi şagirdinin - 1994-cü ildə Qarabağ müharibəsində şəhid olan İlqar Şəkərovun barelyefini hazırlayıb və həmin barelyefi şəhidin adını daşıyan məktəbə hədiyyə edib.  

Qeyd edək ki, sovet dövründə ümumittifaq festivalı laureatı, qızıl medal mükafatçısı olan Z.Məlikli Yardımlıda ölkənin tanınmış şəxslərinin büstlərini, barelyeflərini hazırlayıb.
 
Onun Bakıda 3 fərdi sərgisi təşkil olunub. Çexoslovakiya, Polşa və Bolqarıstanda, Çində, Yaponiyada və digər ölkələrdə təşkil olunan sərgilərdə əsərləri nümayiş olunub, müxtəlif mükafatlara layiq görülüb. 




ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər