Ru
14:21 / 16 Fevral 2019

Müəllimlərin sertifikasiyası nə vaxt olacaq?

113193
 


Uzun zamandır müzakirə mövzusu olan müəllimlərin sertifikasiyasının tarixi barədə hələ də məlumat yoxdur.


Bir müddət əvvəl sertifikasiyanın yanvar ayında keçiriləcəyi ilə bağlı gözləntilər olsa da, bu baş vermədi. Məlumat üçün bildirək ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün Diaqnostik Qiymətləndirmə hər il könüllü olaraq həyata keçirilir. 2018-ci ildə qəbul olunan qərara əsasən DQ və Attestasiyadan başqa  sertifikasiya məsələsi də gündəmə gəldi. Sertifikasiyanın isə DQ-dan fərqli olaraq hər kəsə tətbiq olunacağı bildirilib.


Sertifikasiya pedaqoji işçinin, müəllimin öz ixtisasını hansı səviyyədə bilməsini müəyyənləşdirəcək və 5 ildən bir həyata keçiriləcək. 


BakuPost-un məlumatına görə Təhsil Nazirliyindən "Yeni Sabah” ın sorğusuna cavab olaraq isə bildirilib ki, "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” hazırlanma mərhələsindədir. Qaydalar təsdiq edildikdən sonra qeyd olunan proses barədə ətraflı məlumat veriləcək.


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov çıxışlarında bildirmişdi ki,  ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyada da iştirak etməyəcəklər. 


Qeyd edək ki, sertifikasiyadan sonra DQ və Attestasiyanın ləğvi məsələsi də müzakirə mövzularından biridir. 
Şərhlər
  • gunel

    institut ve magistratura bitirmiwem,suallara baxanda (MIQ) teecublenirem ki bunlar harda kechirildi bize xeberimiz olmadi ve ekstra bilik vermediyiniz halda nece ekstra netice isteye bilersiz ki?!

  • .....

    Son 10 ildə müellimler üçün mecburi *hazirlıq kurslar teskil edilseydi,razi olardiq bu sertfkasya keçırilsin.Ekser müellimlr belə bir veziyyetde etiraz edir.Hazir deyilik...,

  • kərimə zeynalova

    əgər birşəxs müharibənin acı dəhşətinin qurbanı olan ailədəndirsə imtahan həyacanı və üstəgəl dəpandemiya stresialtındarsa belə şəxslərdən necə nəticə gözləyirsiniz?

  • Hacibeyli Turkan

    25il iş tecrübesi olan muellimi imtahan etmek elave vaxt itkisidir.60yasli muellimin imtahan edilmesinin qeti eleyhineyem .

  • Əliyeva Səbinə

    İnşallah olmaz.Mən qəti əlehinəyəm.Artıq stressdir

  • Sadiqoa

    Könül

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər