Ru
16:01 / 24 Noyabr 2017

Müəssisə və təşkilatda siqaret çəkməyə görə qurum rəhbəri məsuliyyət daşıyacaq

1139
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə düzəlişlər edilir. 


BakuPost.az Report-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib.


Qeyd olunub ki, ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərin yer ayırması nəzərdə tutulurdu. Lakin layihə Milli Məclisdə 3-cü oxunuşda müzakirə olunmaq üçün hazırlananda sənəddə dəyişiklik edilib. 


Belə ki, təşkilatı-hüquqi formasından asılı olmayaraq xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq. Yəni bu şəraiti yarada da, yaratmaya da bilərlər. Əgər tütün məmulatından istifadə qadağan olunmuş müəssisə və təşkilatda tütündən istifadə edilərsə, buna görə rəhbər məsuliyyət daşıyacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər