Ru
18:01 / 16 Oktyabr 2017

“Münaqişənin həlli ilə bağlı irəliləyiş yoxdur...” - Elçin Mirzəbəyli

1102
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, ATƏT-in Misk qrupunun həmsədrlərinin prezidentlərin görüşü ilə bağlı bəyanatında münaqişənin həlli ilə bağlı hansısa bir irəliləyişin əldə olunuduğunu təsdiqləyən ifadə yoxdur”.


 

Bunu BakuPost.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə,  müzakirələrin ümumi mənzərəsini yaratmaq istəsək, sözügedən bəyanatda iki məqama diqqət çəkə bilərik:  


1.Danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlərin görülməsi və xarici işlər nazirlərinin işçi görüşünün keçirilməsi; 

2.Təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımların atılması.


E.Mirzəbəylinin fikrincə, xarici işlər nazirlərinin işçi görüşünün keçirilməsi o anlama gəlir ki, prezidentlərin görüşü sadəcə danışıqların bərpa edilməsi xarakteri daşıyıb: "Münaqişənin tənzimlənməsi ilə bağlı müzakirələr isə xarici işlər nazirlərinin işçi görüşündən sonra baş tuta bilər. Bu da, şübhəsiz ki, ehtimal olaraq qalır. Çünki işçi görüşdən sonra ortaya çıxacaq mənzərəni indidən müəyyənləşdirmək mümkün deyil.


Təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımların atılmasını isə bir neçə aspektdən dəyərləndirmək olar. Ola bilsin ki, ATƏT təmas xəttində monitorinqləri intensivləşdirəcək, yaxud müşahidəçilərin sayını artıracaq. Amma bütün bunların da effektiv nəticə verəcəyini düşünmürəm. Çünki gərginliyə səbəb olan amil işğal faktıdır və bu fakt aradan qalxmayınca lokal toqquşmalardan qaçmaq mümkün olmayacaq”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər