Musa Məmmədovun kürəkənini belə güllələyiblər - VİDEO

1631
Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamanın güllələnmə anının görüntüləri yayılıb.

BakuPost Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüntülərdə biznesmenin maşınında olduğu vaxt bir nəfərin qaçaraq ona yaxınlaşdığı, qapını açıb 5 dəfə atəş etdikdən sonra yenidən qaçmağa başladığı əks olunub. Məlumata görə, açılan 5 atəşdən 2-si ona dəyib. İş adamı yaralı halda hadisə yerindən uzaqlaşıb, daha sonra təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Hadisəni törədən A.Ç və M.A.M saxlanılıb. Onlar 1 tapança və 2 ov tüfəngi ilə saat 04.00 radələrində tutulub.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər