Ru
12:34 / 16 Noyabr 2017

Natiq Əliyev gəmisi ilk səfərinə çıxdı - FOTOLAR

2250
Azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.


"Palmalı"nın mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, artıq "Natiq Əliyev" gəmisi ilk səfərinə çıxıb. Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda 4 növ yük daşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir.


Gəmidə Natiq Əliyev güşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.


Qeyd edək ki, bir neçə gündən sonra noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir.


Xatırladaq ki, Mübariz Mənsimov Natiq Əliyevlə yaxın dost olduğunu açıqlamışdı: "Bu gəmi çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi... Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu..."

 



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər