Ru
13:28 / 12 Noyabr 2018

Nazim Süleymanov istefaya göndərildi

1741
"Sumqayıt" futbol komandasının baş məşqçisi Nazim Süleymanov istefaya göndərilib.


BakuPost klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis səhhəti ilə əlaqədar müqaviləsinə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Süleymanovun istefa ərizəsi Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib və sözləşməsi bu gündən ləğv olunub.


Qeyd edək ki, Nazim Süleymanov bu ilin iyununda "Sumqayıt”ın baş məşqçisi təyin olunub və onunla iki illik müqavilə bağlanılıb. Komanda Azərbaycan Premyer Liqasında 11 turdan sonra 11 xalla 6-cı sırada qərarlaşıb. Sumqayıt təmsilçisi sonuncu turda "Keşlə”yə 1:4 hesabı ilə uduzub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər