Ru
15:10 / 24 Noyabr 2017

Dövlət Agentliyinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var

20248
Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.


BakuPost.az-ın "Report"a istinadən məlumatına görə, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.


Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 


Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir.

Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb,  digər qadın sərnişin isə ölüb. 


Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.


Faktla bağlı araşdırma aparılır. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər