Nazirlərin görüşündə qəribə anlar - Gözünü ondan çəkmədi/ FOTO

22 yaşlı türkiyəli polis Mövlud Mərd Altıntaşın Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələməsindən dərhal sonra Moskvada baş tutan Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə maraqlı anlar yaşanıb.


BakiPost.az xəbər verir ki, görüşdə nazirlərin mühafizəçiləri arasında gərginlik yaşanıb. Belə ki, mühafizəçilər izləməli olduqları obyektdən başqa, həm də bir-birini izləyiblər. Onların arasında İran xarici işlər nazirinin mühafizəçisinin türkiyəli həmkarından gözünü çəkməməsi isə diqqətlərdən yayınmayıb.


Rusiyalı mühafizəçi isə onlardan uzaqda, qapıya yaxın bir yerdə dayanaraq həm irnlı və türkiyəli mühafizəçiləri izləyib, həm də ətrafa göz qoyub.

 

Görüşdən çəkilən fotoları təqdim edirik:

 

 

Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında üçtərəfli görüş baş tutub. Görüşdə Suriya münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub.

 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər