Nemət Pənahlı həbsdə qaldı

604
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı inzibati qaydada həbs olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

BakuPost Report-a istinadən xəbər verir ki, bu gün onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakimin qərarına əsasən, N.Pənahlının şikayəti təmin edilməyib.

Qeyd edək ki, keçən həftə Nəsimi Rayon Məhkəməsi qərarına əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər