Ru
15:00 / 21 Noyabr 2018

Nərgiz Cəlilova arıqlığı ilə yenə gündəmə gəldi - “İldə 2 dəfə analiz verirəm”

2983
Tanınmış teleaparıcı, respublikanın əməkdar artisti Nərgiz Cəlilova illər keçsə də dəyişməyən xarici görünüşü və ideal bədən quruluşu ilə həmişə diqqət mərkəzində olub. Heç bir əməliyyat etdirmədən ideal çəkisini qoruyub saxlamağı bacaran aparıcı bu görünüşünə görə genlərinə və sağlam həyat tərzinə minnətdar olduğunu dəfələrlə açıqlayıb. 

 

BakuPost xəbər verir ki, Medicina.az-ın əməkdaşı bir neçə gün əvvəl Diabetlə Mübarizə Günü ilə bağlı keçirilən tədbirin  əsas simalarından olan Nərgiz Cəlilovadan sağlamlıq sirlərini soruşub. 


O, diabetlə bağlı ildə bir-iki dəfə qan analizi verdiyini, ümumiyyətlə check-up müayinədən keçdiyini bildirib. 


"Ətrafımda diabet xəstələri var. Hətta sağlığında anamda da şəkər var idi. Düzdür,  yaşlı vaxtında şəkəri artırdı. Deyirlər, şəkər də genetikdir, indi bilmirəm, hələ ki məndə yoxdur, bəlkə daha da yaşlananda aşkara çıxar. 

 

 


Mən illərdir, ağ şəkər, qənd yemirəm. Şəkər əvəzinə meyvə, quru meyvələr yeyib, idarə edirəm. Amma şirniyyat ürəyim istəyəndə yeyirəm. Mən heç nədən tam imtina etməmişəm. Ürəyim istəyəndə qutab da, kabab da yeyirəm. Tamaşaçılar elə bilir pəhrizdəyəm, efirə çıxdığıma görə az yeyirəm. Amma əksinə. Bəlkə də maddələr mübadiləm güclü, düzgün olduğuna görə məndə kökəlmə, arıqlama olmur. Ya yaş öz sözünü deyir. Yaşa dolduqca bədən quruyur (gülür)”.

 

Nərgiz Cəlilova son zamanlar bir çox tanınmış simanın mübarizə apardığı onkoloji xəstəliklərdən qorxmadığını da deyib: 


"Mən bir az fatalist insanam.  Düşünürəm ki, Allahın lütfüdür sağlamlıq. Çox şükür ki, hələ ki məni qoruyur. Qorxdun, qorxmadın, bizdən asılı olmayaraq, xəstəlik gəlirsə gəlir. 

 

 


Mən xəstəliklər barədə düşünmürəm, oxumuram, dərinliyinə varmıram. O fikirləri özümə yaxın buraxmıram. 


Alın yazısına inanıram. İstər məşhur, istər qeyri-məşhur, Allah nə yazıbsa odur. Mənə də nə yazıbsa, onu qəbul etməyə hazıram”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər