Nigeriyada qoyun sürüsü üstündə atışma - 36 nəfər ölüb

2604

Nigeriyada qoyun sürüsü üstündə atışma nəticəsində 36 nəfər ölüb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "News Agency of Nigeria" məlumat yayıb.

Yerli ovçular fevralın 13-də, güman etdiklərinə görə, oğurluq ev heyvanlarını otaran çobana rast gəliblər. Kişi ovçuları görən kimi qoyun sürüsünü ataraq qaçmağa başlayıb.

Bu hadisədən sonra o, kömək üçün qonşu rayonun quldur dəstəsinə müraciət edib və onları ovçular üçün pusqu qurmağa razı salıb.

Nəticədə iki dəstə arasında atışma olub. Hadisə yerinə polis gəlib. Ümumilikdə 18 cəsəd aşkar olunub. Lakin asayiş keşikçiləri əmindirlər ki, quldurlar daha 18 meyiti özləri ilə aparıblar. Cinayətkarların axtarışı davam etdirilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər