Ru
17:30 / 07 Oktyabr 2025

On gün əvvəl seçilən mer bıçaqlandı - FOTO

On gün əvvəl seçilən mer bıçaqlandı - FOTO
Eye

Almaniyada naməlum şəxslər Herdecke şəhərinin yeni meri İris Ştalçerə bıçaqla hücum edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 57 yaşlı qadın mer qarnından və belindən 13 bıçaq zərbəsi alıb.

Ştalçeri mənzilində yaralı halda oğlu aşkar edib. Qadın huşunu itirməzdən əvvəl oğluna küçədə bir neçə nəfərin ona hücum etdiyini deyə bilib.

Xəstəxanaya çatdırılan merin vəziyyətinin kritik olduğu qeyd olunub.

Hazırda hadisəni törədən şəxslərin axtarışları aparılır. Polis hücumun Ştalçerin siyasi karyerası ilə bağlı olduğunu istisna etməyib.

Qeyd edək ki, İ.Ştalçer seçkinin sentyabrın 28-də baş tutan ikinci turunda qalib gəlib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar