Ru
20:52 / 17 Yanvar 2019

- 2019-cu ildə nə qədər neft hasil ediləcək? OPEC-dən Azərbaycanla bağlı proqnoz

2950
 


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2019-cu il üçün gündəlik neft hasilatının orta qiymətinə dair proqnozunu əvvəlki 800 min barel səviyyəsində saxlayıb.


BakuPost "Report”a istinadən xəbər verir ki, təşkilatın yanvar ayına aid olan hesabatındakı proqnozuna əsasən, cari ilin birinci rübündə Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq, ikinci rübündə isə 810 min barelədək artacaq.


Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış saziş çərçivəsində Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq öhdəliyini götürmüşdü.


Ötən ilin dekabrın 7-də Vyanada OPEC və qeyri-OPEC nazirlərinin V müşavirəsində 2018-ci il oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi. Yeni qərara əsasən, Azərbaycan 2019-cu ilin yanvar ayından gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər