Ru
11:11 / 21 Noyabr 2018

Parlamentin iki iclasının gündəliyi məlum oldu

2114
Azərbaycan Milli Məclisinin noyabrın 27-də və 30-da keçiriləcək plenar iclaslarının gündəliyi məlum olub.


BakuPost Report-a istinadən xəbər verir ki, gündəliyə 58 məsələ daxildir.


Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər. 


Bundan başqa, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və s. qanunlara, eləcə də İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər