Ru
13:28 / 20 Noyabr 2018

Partlayış baş verən binanın yerində yenisi tikiləcək - Millət vəkili Gəncədəki son vəziyyəti açıqladı

2511
Bu gün Gəncə şəhərinin Kəpəz rayonunda partlayış baş verən dördmərtəbəli yaşayış binasının yerində yeni bina tikiləcək, sakinlər yeni binada mənzillərlə təmin olunacaq. 


Bunu BakuPost-a aıqlamasında Gəncəni təmsil edən millət vəkili Naqif Həmzəyev deyib.


N. Həmzəyev bildirib ki, dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir: "Sakinlərin müvəqqəti təmirli yataqxanaya köçürülməsi məsələsi həllini tapıb. Böyük ehtimalla, tezliklə bu binanın yerində yeni bina tikiləcək və sakinlər yeni mənzillərlə təmin olunacaq. Dövlət bu məsələni tam nəzarətə götürüb.  Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri də buradadır. Bütün gəncəlilər bu insanların dərdinə şərikdir. Kaş bu hadisə olmayaydı, ancaq hadisədir və dövlət də, biz də problemlərin aradan qaldırılması üçün əlimizdən gələni edirik. Həyatını itirən şəxslərin də yas mərasiminin təşkili həyata keçiriləcək.  Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.


Qeyd edək ki, bu gün Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib. 

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

 

Çingiz

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər