Ru
22:08 / 02 Dekabr 2018

Paşinyanı mitinqdə “tok” vurdu - VİDEO

2878
Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan kuryoz vəziyyətə düşüb.


BakuPost "Report”a istinadən istinadən xəbər verir ki, parlament seçkilərində iştirak edəcək "Mənim addımım" blokunun liderini Sünik vilayətinin Kacaran şəhərində təşviqat kampaniyası zamanı cərəyan vurub.


Videogörüntülərdə onun necə birdən-birə atlandığını və mikrafonu bir əlindən digərinə atdığını aydın görmək olar.


Bir müddətdən sonra Paşinyanı yenidən cərəyan vurub, lakin bu dəfə onun köməyinə mühafizəçiləri gəlib və mikrafonu ştativə bərkidiblər.


Bundan əvvəl o, mitinqdə çıxış zamanı Ermənistanın yenidən prezident idarəçilik formasına keçə biləcəyini bəyan edib. 

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər