Ru
22:13 / 14 Oktyabr 2017

Paytaxtda sənədsiz avtobus idarə edir - VİDEO

998
Yolun yarısında saxlayan avtobus sürücüsü sərinişinləri mənzil başına çatdırmır. Sərnişinlər isə sürücüdən son dayanacağa qədər aparmasını tələb edirlər.

 

BakuPost.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, 185 nömrəli avtobusun sürücüsü sərnişinləri mənzil başına aparmamasını qəribə səbəblə izah edir. Qarşıda polis olduğunu və avobusu cərimə meydançasına aparacağından çəkindiyini deyir. Avtobusda yaşanan mübahisədən belə aydın olur ki, sürücünün sənədləri qaydasında deyil.


Sürücülərin bəziləri həqiqətən öz sənədləri ilə nəqliyyat vasitəsini idarə edir. Lakin başqasının sürücülük vəsiqəsi ilə avtobus idarə edənlər da tapıldı. Özünə aid olmayan sürücülük vəsiqəsini təqdim etməkdən çəkinən bu sürücü kimi.

 

185 nömrəli xəttin dispetçeri Elşən Xəlilov isə deyilən fikirlərlərlə razılaşmır. O, sürücünün dayanmasının səbəbini texniki nasazlıq olması ilə izah edir.

 

Elşən Xəlilov xətdəki avtobus sürücülərinin bəzilərinin vəsiqəsi olmaması fikri ilə isə razılaşmır. Onun sözlərinə görə, sürücülük vəsiqəsiz heç kimi işə götürmürlər.




BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər