Piyadanı vurub qaçdı, tapıb şil-küt etdilər - Bakıda insident

709
Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb.

BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Binəqədi qəsəbəsində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Orucov Elton Eldar oğlunu "Mercedes" markalı avtomobil vurub. Hadisə şahidlərinin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olduğundan qəzanın baş verdiyi ərazidən qaçıb. Ancaq o, taksi ilə izlənilərək saxlanılıb və döyülüb. Buna baxmayaraq, sürücü avtomobilini tərk edərək qaçmaqla gizlənə bilib.

Yaralı piyada xəstəxanaya yerləşdirilib.

Binədi Rayon Polis İdarəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib.

Sürücü isə axtarışdadır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər