Polis Arda Turanı 3 saat sorğuya çəkdi

1203
Futbolçu Arda Turan polis şöbəsində 3 saat ifadə verib.

BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 saatlıq dindirmədən sonra futbolçu sərbəst buraxılıb. Prokuror qəsdən adam yaralama və silahla təhdid ittihamları ilə Arda Turanın həbsini tələb edib. Bu səbəbdən də futbolçu sorğuya çəkilib.

Turanın qarşılıq şikayət etdiyi bildirilir. 

Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər