Polis qüvvələri Paşinyana qarşı birləşir – Kütləvi narazılıq

983


Polis əməkdaşlar öz müqavilələrini pozaraq kütləvi şəkildə sistemdən çıxırlar

Ermənistanda polis qüvvələri daxilində narazılıqlar baş qaldırır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri yazıb.
"Kifayət qədər yumşaq şərtlərlə işləyən polislər yeniliyə — sərhəddə xidmətə alışa bilmirlər" — deyə məqalədə qeyd olunur.

Bu ilin avqustun 15-dən etibarən Paşinyanın imzaladığı qərarla daxili qoşunlar, polis qüvvələri 15 günlük növbə ilə xidmət aparmaq üçün Ermənistan — Azərbaycan sərhədinə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilir.

Onlar kifayət qədər təhlükəli ərazilərində xidmət aparmalı olurlar. Burada olduğu vaxtda isə onlara əlavə əmək haqqı ödənilir.

Nəşr mənbələrə istinadən yazır ki, onlarla polis əməkdaşı artıq öz müqavilələrini pozaraq sistemdən çıxıb: "Onlar sərhəddəki xidmətə görə verilən əlavə 32 min dram (112 manat 35 qəpik) ödənişdən imtina ediblər. Hələlik polis işçilərin kütləvi şəkildə istefa etməsinə dair şayiələri rəsmi olaraq təsiqləmir".

Onu da xatırladaq ki, dünən baş nazir Nikol Paşinyan istefa verib. Qarşıdakı 2 həftə ərzində yeni baş nazir seçilməməlidir. Ondan sonra növbədəkənar parlament seçkiləri keçiriləcək və yeni parlament yeni baş naziri seçəcək.

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər