Ru
23:54 / 19 Yanvar 2018

Polis Salyan sakininin evindən 3 kq narkotik tapdı

1444
Salyan polisi rayon sakinindən küllü miqdarda narkotik maddə aşkarlayaraq götürüb.


APA-nın məlumatına görə, Salyan Polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, Şahbazov Rövşən Nurəddin oğlunun yaşadığı ünvana baxış keçirilən zaman ordan  3,175 kiloqram  narkotik maddə olan qurudulmuş marixuana və 41,478 qram tiryək aşkar olunaraq götürülüb.


Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. 


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər