Polis zabitini güllələyənlər həbs edildi - 4 aylıq

Səbail Rayon Məhkəməsində paytaxtda baş verən silahlı insidentlə bağlı saxlanılan Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

BakuPost.az Report-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Qərara əsasən, hər üç şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həbs edilən şəxslər oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində Mədətov Müşfiq İsrafil oğlunu bıçağın dəstəyi ilə vuraraq ona xəsarət yetiriblər.

Onlar oktyabrın 15-də saat 04:00 radələrində polisə müqavimət göstəriblər və Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlunu yaralayıblar.

Hazırda araşdırmalar davam etdirilir.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

18 Noyabr 2017
17 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər