Ru
15:01 / 14 Dekabr 2017

PR menecerlərin üfürdüyü şar - Bitkoin niyə qəfil sıçradı?

1061
"Bu gün dünyanın ən çox müzakirə etdiyi mövzulardan biri də Bitkoindir. Məsələni bilən-bilməyən, anlayan-anlamayan – hamı Bitkoini müzakirə edir. Amma düşünürəm ki, bu, "şar”, gözəl düşünülmüş, görünməz, əla PR menecerləri olan qlobal piramidadır”. 


BakuPost.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Bitkoinin son 1 ildə birdən-birə rekord həddə bahalaşmasına münasibət bildirərkən deyib. O, bu yatırıma inanmadığını dilə gətirib və fikirlərini belə əsaslandırıb: "İqtisadiyyatın qanunlarına görə hər hansı bir malın-xidmətin dəyəri, əsasən, iki faktora bağlıdır: 


1) Maya dəyəri 

2) Tələb-təklif münasibəti. 


Bitkoinin dəyəri isə tək spekulyativ xəbər axınına əsaslanır, ancaq süni tələb artışı ilə yüksəlir. 


Xəbər axını Bitkoinin qiymətində həlledici rol oynayır. Bu "valyuta” tərəfdarları Bitkoinin qiymət artımına haqq qazandıracaq səbəblərdən biri kimi onu misal gətirirlər ki, müxtəlif məşhur brendlər artıq ödəniş kimi Bitkoin qəbul edirlər. Ən məşhur arqumentlərdən biri də 2017-ci ilin yayından etibarən məşhur "Lamborghini” avtomobil şirkətinin öz maşınlarını həm də Bitkoinlə satdığı misalıdır. 

 

Похожее изображение


Əslində, məsələ çox sadə və dahiyanədir: 


Son 1 ildə dünya mediasında keçirilən kontent-analizə görə ən çox işlənilən 10 sözdən biri Bitkoindir. Bu "valyutanın” adı keçən istənilən xəbər milyonlarla tirajlanır. "Lamborghini” şirkətinin illik media reklamı büdcəsi 20 mln. avrodur, həmin pula şirkət reklam çarxları və posterləri istehsal edib, mediada yaymalıdır. Amma şirkətin ağıllı PR menecerləri "Lamborghini” maşınlarının Bitkoinlə satışı haqqında qərar verir, doğrudan da 1-2 maşını Bitkoinlə satır və nəticədə bu xəbər - "Lamborghini”nin adı keçən xəbərlər dünyanın minlərlə media orqanlarında yayılaraq yüzmilyonlarla əhaliyə çatır. Əla gedişdir! Bravo! 


Bütün bredlərin Bitkoinlə satış haqqındakı verdikləri qərarlar məhz bu effektə hesablanıb. Reklam və PR dərsliklərinə düşəcək gedişdir, çox bəyəndim, amma bunun Bitkoinə olan güvənlə heç bir əlaqəsi yoxdur”. 


Qeyd edək ki, Bitkoin bir il bundan əvvəl 784 dollara olsa da, bir neçə gün əvvəl rekord həddə bahalaşaraq 18 000 dollara çatıb. Bu gün isə Bitkoinin qiyməti 16 700 dollar civarındadır.


Nigar

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər