Ru
17:59 / 21 Noyabr 2018

İlham Əliyev Aşqabadda memorial kompleksi ziyarət etdi

2300
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda "Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.


BakuPost xəbər verir ki, kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb. Prezident İlham Əliyev "Əbədi şöhrət” abidəsinin önünə əklil qoydu. Sonra dövlətimizin başçısı "Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub.


Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.


Dövlətimizin başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxdı. Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.


Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir. Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir. Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər