Ru
20:48 / 17 Noyabr 2018

Prezident Gömrük Komitəsinin kollegiyasının yeni tərkibini TƏSDİQLƏDİ

3174
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.


BakuPost xəbər verir ki, sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:


Kollegiyanın sədri:


Dövlət Gömrük Komitəsinin sədri;


Kollegiyanın üzvləri:


Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;


Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;


Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;


Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;


Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;


Bakı Baş Gömrük İdarəsinin rəisi;


Sumqayıt Baş Gömrük İdarəsinin rəisi”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər