Prezident məhkəmə binasında - FOTOLAR

1158
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub.

BakuPost xəbər verir ki, İmişli Rayon Məhkəməsinin sədri Qurban Hacıyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, binada prezidentin tapşırığına uyğun olaraq "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur qurulub. Məhkəmədə "elektron icra” sistemi tətbiq olunur və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi təmin edilir, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi həyata keçirilir.

Dörd hakim, 30-dək məhkəmə və ədliyyə işçisinin fəaliyyəti üçün nəzərdə tutulan binada müxtəlif tədbirlər keçirməyə imkan verən konfrans zalı və təlim otağı, habelə kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur. İmişli Rayon Məhkəməsində vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları quraşdırılıb.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər