Ru
10:15 / 19 Noyabr 2018

Prezident Minskdə “Qələbə” meydanını ziyarət etdi

1865
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki "Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.


BakuPost xəbər verir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.


Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər