Prezident seçkisi ölkədəki sabitliyin təsdiqi oldu - Fransa mətbuatı

1165
Fransanın nüfuzlu mətbu orqanı L’Hebdo Bourseplus Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yazı dərc edib. 
 
BakuPost Yanik Üryenin müəllifi olduğu həmin yazını Azərbaycan dilində təqdim edir:

Azərbaycan istər mədəni, istərsə də siyasi və iqtisadi baxımdan çox maraqlı ölkədir. Məsələn, Azərbaycan əhalisinin 93%-dən çoxu müsəlman olsa da, o, qadınların hüquqlarının tam şəkildə tanındığı, müsəlmanların xristianlar və yəhudilərlə birlikdə mükəmməl harmoniya şəraitində yaşadığı dünyəvi dövlətdir.

Bu ölkənin prezidenti İlham Əliyev ötən həftə ölkəsindəki xristian icmasının Müqəddəs Pasxa bayramını televiziya vasitəsilə təbrik də edib. O deyib: "Məmnuniyyət hissilə qeyd etmək istəyirəm ki, Azərbaycandakı mövcud demokratik-hüquqi şəraitdən və mütərəqqi dövlət-din münasibətlərindən yararlanan xristian həmvətənlərimiz öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkəmizdə gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verirlər”.

İqtisadi sahəyə gəlincə, Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın əsas iqtisadi tərəfdaşıdır. O, həm də Qərbin enerhji təhlükəsizliyini təmin edən strateji ölkədir. Bu əhəmiyyətli aktor neft və qaz kimi təbii sərvətlərə malikdir.

Odur ki, Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisi diqqətəlayiq hadisə idi. Belə olmasaydı, heç bir fransız jurnalist Azərbaycandakı siyasi vəziyyəti anlamaq və yaymaq üçün 5 saatlıq yol qət etməzdi. "Xoşniyyətli” insanların fikirlərini təkrarlamaq, ölkəni diktatura kimi qiymətləndirmək çox asandır... Çünki ən azı, bunun üçün vaxt itirmək lazım deyil! Amma biz, Bakıya səfər etməyi lazım bildik. Bakı müasir, xüsusi bir şəhərdir. Burada böyük səyyahların təsvir etdikləri kimi, sivilizasiyaların kəsişməsinə şahid olursan. Sanki azərbaycanlılar farslar, osmanlılar, ruslar, avropalılar və asiyalıların hərəsindən nə isə götürüb... Bəs bu, nə ilə xarakterizə olunur? Elə ilk həmsöhbətlərimizdəcə qətiyyət, dəqiqlik və analitik yanaşma, həmçinin Aralıq dənizi ruhunu, xarakterini hiss etdik. Bakıda gəzən zaman insana müsəlman ölkəsində olduğunu demək olar ki, heç nə hiss etdirmir: qadınların 90%-i Qərbsayağı geyir, hər yanda dəbə, kosmetika brendlərinə, həmçinin yeni texnoloji brendlərə rast gəlirsən. Gənclər kafe-restoranlarda əylənir, bütün böyük paytaxt şəhərlərində olduğu kimi, burada da tez-tez tıxaca düşürsən...

Hər yanda işə tələsənləri, alış-veriş edən qadınları və ya dostları ilə partiyə gedən gəncləri görürsən. Bu, sadəcə olaraq, onların həyat tərzidir... Burada hər kəs peyk və ya internet vasitəsilə yayımlanan televiziya kanallarını sərbəst izləyir, ölkədə senzura yoxdur. Bakının mərkəzində hətta pulsuz Wi-Fi bağlantısı olan zonalar belə, var...

Bəs onda hansı diktaturadan danışılır? Fransanın institusional mətbuatı Fransa-Azərbaycan əlaqələrinə böyük zərbə vurur...

Təhsilini Strasburqda almış azərbaycanlı universitet işçisi Vazeh Əsgərov bundan məyusluğunu gizlətmir: "Bu məqalələr ölkəmizlə bağlı yanlış düşüncələrin olduğunu göstərir. Biz onilliklər ərzində kommunizmin təsiri altında yaşamışıq. Həmin illər ərzində heç bir seçki keçirməmişik. Əyalət idarəçiləri belə, Moskvadan təyin olunub. Daha sonra, yəni 1990-cı illərdə Sovet İttifaqının süqutundan sonra çörək almaq üçün saatlarla növbədə dayanırdıq... Bu gün isə ölkəmiz iqtisadi inkişafına görə dünyaya nümunə göstərilir. Prezident İlham Əliyev müasir və avanqard baxışlara malikdir. Onun ölkəmizin onilliklər sonrakı inkişafı ilə bağlı da aydın baxışları var. Son prezident seçkisi də xalqın iradəsini ortaya qoydu – insanlar ölkədə sabitliyə səs verdi”.

Seçkidə 8 namizəd mübarizə aparırdı. Lakin İlham Əliyevin yenidən prezident seçilməsi gözlənilməz deyildi. Amma seçkini təhlil etmək əlbəttə ki, maraqlıdır. Çünki müxalifətin bir hissəsi insanları seçkini boykot etməyə çağırmışdı. Amma biz seçki məntəqələrində yüksək fəallığın, hətta bəzən nahar vaxtı belə, uzun növbələrin yarandığının şahidi olduq. İnsanların baxışlarında vətənpərvərlik, qürur hissi var idi. Sanki onlar bunu hər kəslə bölüşmək istəyirdi: "Baxın, görün Azərbaycan necə bir ölkəyə çevrilib!”.

Azərbaycan xalqından alacağımız dərslər var. Biz mübadilələr etməli, onları başa düşməli, onların daim demokratiyaya doğru irəliləməsi üçün köməyimizi əsirgəməməliyik. Ən əsası isə onları ittiham etməməliyik. Çünki əslində, bizim onlardan öyrənəcəyimiz şeylər var. Bir sözlə, jurnalistlərimizin ölkəmizdə nümayişlərə polis müdaxiləsi, Dövlət Şurasının xüsusi əmrilə yumorist Diyödonneyə tətbiq edilən qadağalar, seçkilərdə namizədlərə yaradılan maneələr, vergi probremləri kimi faktları bilə-bilə, Azərbaycana mənəvi dərs vermək haqqı yoxdur...
 
Fransız dilindən tərcümə - WorldMedia.Az
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər