Prezident yol tikintisinə 15,1 milyon manat ayırdı

888
Prezident İlham Əliyev Qax rayonunun Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

BakuPost-un məlumatına görə, sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər