Ru
09:27 / 09 Fevral 2019

- “Allaha inandığım kimi inandım ki, o, gələcək” Prezidentin əlini öpdüyü ağbirçək

2266
 

Bu günlərdə Şamaxıda qeydə alınmış zəlzələnin nəticələri və Azərbaycan prezidentinin təbii fəlakət zonasına səfərindən sonra verilmiş tapşırıqların icrasının gedişi ilə bağlı məsələləri yerində öyrənməkdən ötrü REAL Təhlil və İnformasiya Mərkəzinin yaradıcı heyəti hadisə rayonunda olub.


BakuPost xəbər verir ki, Mirşahin Ağayevin rəhbərlik etdiyi yaradıcı heyət FHN nazirinin müavini Etibar Mirzəyev və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin də olduğu, Fövqəladə Hallar Nazirliyinin ayırdığı xüsusi helikopterlə Şamaxı şəhərinə yollanıb. 


Yaradıcı heyət prezident İlham Əliyevin baş çəkdiyi fəlakətdən zərər çəkən evlərdən birində olub. Mirşahin Ağayev həmin evin artıq rayonda "prezidentin əlini öpdüyü qadının həyəti” kimi tanındığını bildirib. 


Evin sahibəsi, ağbirçək isə dövlət başçısı ilə görüşünü belə xatırlayıb: "Allaha inandığım  kimi inandım ki, o, gələcək. Yanıma gələndə istədim ayağa qalxım, lakin çiyinlərimdən tutub məni oturtdu. Sonra da üzümdən, alnımdan, gözlərimdən öpdü. Soruşdum ki, bəs xanımın hardadır? Dedi ki, xanımım Allah qoysa, ev hazır olanda gələcək”.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər