Ru
17:55 / 11 Dekabr 2017

Prokuror “Zara” işçilərinin məhkəmə zalında həbsini tələb edib

1597
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

O, təqsirləndirilən şəxslərin hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror onların barəsində polisin nəzarətinə verilmə qətimkan tədbirinin həbslə əvəz olunmasını və məhkəmə zalında həbs olunmalarını məhkəmədən xahiş edib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hamısı Bakıda fəaliyyət göstərən "Zara" mağazalar şəbəkəsinin əməkdaşları olub. Həmin şəxslər mağazada müxtəlif vəzifələrdə çalışıblar.

 

İttiham aktına əsasən, İ.İbrahimov, Z.Mavlina, Z.Novruzov, G.Bünyadova və E.Qafarov işlədikləri mağazaya 17700 manat zərər vurmaqda təqsirli bilinirlər. Onlar mağazada olan malların bir hissəsinin kassadankənar əməliyyat apararaq satıb, əldə etdikləri pulları mənimsəyiblər.

 

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini söyləyiblər. Mağazaya dəymiş 17700 manat zərər müştərək qaydada təqsirləndirilən şəxslər tərəfindən ödənilib.

 

İbtidai istintaq dövründə İ.İbrahimov, Z.Mavlina, Z.Novruzov, G.Bünyadova və E.Qafarovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər