Rusiya Prezidenti Vladimir Putin İsa peyğəmbərin doğum günü və xaş suyuna salınma mərasimlərinə qatılıb.
BakuPost Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 65 yaşlı Putin paytaxt Moskvanın şimalındakı Nilov Monastırında dua edib. O, 7 dərəcə şaxtada gölə girib.
Prezidentin mətbuat katibi Dimitri Peskov Putinin daha əvvəllər belə mərasimlərə qatıldığını desə də, ilk dəfə mərasimin görüntülərini paylaşıb.