Ru
00:13 / 15 Noyabr 2018

“Qara qızıl” ucuzlaşdı

2797
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 68,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 3,95 dollar/barel azdır.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,98 dollar/barel azdır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də 63,25 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 4,02 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 13-də 65,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,95 dollar/barel azdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər