“Qarabağ”- “Arsenal” matçının biletləri satışa çıxarıldı

887
"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılıb.

BakuPost-un məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ” oktyabrın 4-ü İngiltərənin "Arsenal” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri bu gündən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop (Park Bulvar)
"İticket" kassaları
Sumqayıt şəhəri (ASAN xidmət)
"28 Mall"
"Gənclik Mall"

Qeyd edək ki, stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər