“Qarabağ” azarkeşləri “Çelsi” ilə oyuna nə hazırlayırlar?

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ” "Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.

BakuPost.az-ın məlumatına görə, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Yenicag.az-a bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng xoreoqrafiyanın açılması planlaşdırılır. 

Xoreoqrafiyada 20 min azarkeşinin iştirak edəcəyi gözlənilir.

Klub rəsmisi xoreoqrafiyanın nədən ibarət olduğunu sirr olaraq saxlayıb. O yalnız qeyd edib ki, şou E tribunasında nümayiş etdiriləcək.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək. 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər