“Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxacaq

556
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
 
BakuPost xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək.

"Borisov Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər