“Qarabağ” – “Neftçi” matçının vaxtı dəyişdirildi

714
"Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

BakuPost PFL-ə istinadən məlumat verir ki, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən "Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqasının III turunda "Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. "Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL "Qarabağ” – "Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədilə hər iki klubun razılıq məktubundan sonra "Zirə” – "Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər