“Qarabağ” növbəti mərhələyə keçdi - YENİLƏNİB

2035
"Qarabağ”-"Olimpiya” matçında hesab açılmayıb.

BakuPost xəbər verir ki, komandalar arasında Sloveniyada keçirilmiş ilk oyunda "Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. İki oyunun nəticəsinə görə, Azərbaycan çempionu turnirin ikinci təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi Albaniyanın "Kukesi” klubu olacaq.

***

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan "Qarabağ” komandası cavab oyununa çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu "Qarabağ” Sloveniyanın "Olimpiya” komandasını qəbul edir.

BakuPost xəbər verir ki, "Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Coşğun Diniyev, Simeon Slavçev, Miçel, Abdella Zubir, Dani Kintana və Mahir Mədətov yer alıblar.

"Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Rok Kronaveter, Ştefan Saviç, Kinqsli Boatenq, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.

Matçı İsraildən olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Erez Papirdir. Ona həmyerliləri David Elias Biton və Eliyahu Casapu kömək edirlər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirir.

Matçın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jarecidir (Albaniya).

Komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

"Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu "Kukesi” ilə qarşılaşacaq. "Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın "Valetta” komandasından üstün olub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər