Qarabağa qanunsuz gedən 3 jurnalistin adı “qara siyahı”ya salınacaq

687
Ermənistanda Frankofoniya tədbiri ilə bağlı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən 3 əcnəbi jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Bu barədə BakuPost-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Frankofoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib:

"Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər