Ru
13:24 / 11 Dekabr 2017

"Qarabağ"dan mövsümün rekordu

715
Ağdamın "Qarabağ" klubu Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb.


BakuPost.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, IV turdan təxirə salınan səfər matçında "Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir.


Bunadək də rekord "Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.


Qeyd edək ki, bunadək Ağdam klubu X turda "Səbail”i 1:0, XI turda "Kəpəz”i 2:0, XII turda "Sumqayıt”ı 2:0, XIII turda "Zirə”ni 3:2, XIV turda "Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər