“Qarabağ”ın qəza törədən futbolçusu Avroliqada oynayacaq?

446
Dünən "Qarabağ" klubunun qapıçısı Hanner Haldorson Bakıda ağır qəza törədib. Belə ki, o, idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg” markalı avtomobillə 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Hadisə nəticəsində piyadanın hər iki ayağı qırılıb.
 
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla bağlı BakuPost-a açıqlama verib. O, Haldorsonun məşqdən çıxandan sonra qəza törətdiyini bildirib:
 
"Hadisə məşq bitdikdən sonra baş verib. Amma özü xəsarət alan şəxsi xəstəxanaya aparıb. Orda nəzarət edib, xəstənin vəziyyəti ilə maraqlanıb. Daha sonra onun ifadələri alınıb. Təbii ki, bu hadisə onun Avroliqada çıxışına mane ola bilməz".
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər