Qaralov rus həmkarına müraciət etdi

1914
Baş prokuror Zakir Qaralov "İzvestiya” qəzetinin "İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib. 

Baş Prokurorluqdan BakuPost-a daxil olan məlumata görə, müraciətdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər