Qardaş bacısını asılmış vəziyyətdə tapdı - Krediti varmış...

Binəqədi rayonunda 45 yaşlı qadın özünü asaraq intihar edib.
 
BakuPost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Binəqədi qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Zeynalova Solmaz Məhərrəm qızı dekabrın 5-i özünü yaşadığı evin həyətində tut ağacından asıb.
 
Onu asılmış vəziyyətdə qardaşı tapıb. 
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
 
Məlumata görə, S.Zeynalovanın banklardan birinə külli miqdarda kredit borcu olub. Krediti ödəyə bilmədiyi üçün özünü öldürüb.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər