Ru
09:21 / 15 Noyabr 2018

“Qəbələ”nin məşqçisi qəzada həlak oldu - YENİLƏNİB

1894

Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.


BakuPost xəbər verir ki, "Qəbələ" futbol klubundan Trend-ə verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev "Qəbələ” futbol akademiyasının məşqçisi olub.


Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.


T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.


Sürücü R.Məmmədov isə Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.

 

 

* * * 


Qəbələ şəhərində "Toyota” markalı avtomobil ağaca çırpılıb.


FHN-dən BakuPost-a verilən xəbərə görə, müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Mustafayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.


Əməliyyat başa çatıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər